Azərbaycanda avaralara 20 manat cərimə  yazılır? - Hüquqşünas DANIŞDI
09 fevral 2026 16:49 (UTC +04:00)

Azərbaycanda avaralara 20 manat cərimə yazılır? - Hüquqşünas DANIŞDI

0

Sosial şəbəkələrdə yayılan iddiaya görə, bir nəfərə avaralıqla məşğul olduğu üçün 20 manat cərimə yazılıb.

Bəs görəsən, kimlər avara hesab olunur? Avaralıq dedikdə nə nəzərdə tutulur?

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, avaralıqla məşğul olan azərbaycanlıların 20 manat məbləğində cərimə olunması fikri yanlışdır.

Hüquqşünasdan şok açıqlama: sünnət cinayətdir | Oxu24.com

“Şəxsin işləməməyi onun avara olması mənasına gəlmir. Qanunvericilikdə avaralığın təsnifatı var: müəyyən yaşayış yeri, yaşamağa vəsaiti olmayan, ictimai faydalə işlərlə məşğul olmayan, işləməyən, mütəmadi olaraq, xırda oğurluq, yaxud dilənçilik yoluyla dolanan şəxslər avara adlanırlar. Bir insanın işləməməsi onun hələ avara olduğu mənasına gəlmir.

Avaralıqla məşğul olmaqla bağlı cərimələrin, eləcə də inzibati məsuliyyətin tətbiqi əsasən, evsiz “bomj” həyatı yaşayan, yaxud dilənçiliklə məşğul olan şəxslərin əhatəsinə aid edilir.

Şəxsin işləməməsi, işsiz kimi qeydiyyatda olduğu, yaxud hansısa faydalı işlə məşğul olduğu (dülgər, usta, rəssam, fəhlə) hallarda onları avara qismində cərimələmək olmaz.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının vətəndaşlarının avaralığa görə cərimə edilməsi anlayışı yoxdur. Qanunvericiliyə görə avaralıqla məşğul olan vətəndaşlara öncə xəbərdarlıq edilir, bu tədbir kifayət sayılmadıqda, 10 gün müddətində inzibati həbs edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə xəbərdarlığa məhəl qoymadıqları halda 20 manatdan, 25 manatadək cərimə olunaraq, ölkə hüdudlarından çıxarılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 776

Oxşar yazılar