Epşteyn ittiham olunduğu gün həmin adaya 1 ton "kislota"  sifariş edib - Qorxunc İDDİALAR
09 fevral 2026 13:14 (UTC +04:00)

Epşteyn ittiham olunduğu gün həmin adaya 1 ton "kislota" sifariş edib - Qorxunc İDDİALAR

0

Epşteynə qarşı uşaqların alveri ilə bağlı cinayət işi açılan gün o, 55 konteyner kükürd turşusu sifariş edib.

Lent.az xarici mediaya istinadla dünya elitasının “Karabas-Barabası”nın vəhşilikləri barədə yeni detalları təqdim edir.

Amerikalı araşdırmaçı jurnalistlərin yazdıqlarına görə, FTB-nin Ceffri Epşteynə uşaqların seksual köləliyinə dair iş açdığı gün o, “Orgiya adası”na (özəl gecələrinin əksəriyyətinin keçirildiyi yerə) 1 tondan artıq kükürd turşusu sifariş edib. Məqalə müəllifləri qeyd edirlər ki, kükürd turşusu bədən hissələrini həll edə bilir və maliyyəçi bu yolla meyitlərdən xilas olmuş ola bilər. Bununla belə, bu maddə başqa sahələrdə də — məsələn, akkumulyatorların, gübrələrin və ya partlayıcı maddələrin istehsalında istifadə oluna bilər.

Bunun “son dərəcə qəribə” olduğunu İlon Mask həmin paylaşımlardan birinin şərhində bildirib. O, həmçinin Epşteynin qurbanlarının onun müştərilərinin adlarını açıq şəkildə açıqladıqları və buna görə məhkəmə iddiaları ilə üzləşdikləri halda, onların hüquqi müdafiəsini maliyyələşdirəcəyinə söz verib.

Qeyd eədk ki, bir neçə il əvvəl müzakirə olunmağa başlayan Epşteyn işi ABŞ Ədliyyə Nazirliyinin 30 yanvar tarixli dərcindən sonra yenidən gündəmə gəlib: siyasətçiləri, lordları, kral ailələrinin üzvlərini və bir çox başqalarını ifşa edən 3,5 milyon fayl açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar