Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
***
saat 11:22
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri təyin olunub.
Lent.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni baş naziri təyin olunub.
Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər icra hakimiyyəti başçısı vəzifəsində çalışıb.