Nigeriyanın şimalında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 30 nəfər həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, qəza Kano ştatı ərazisində, ehtimala görə, sürücünün ehtiyatsızlığı səbəbindən baş verib. Hadisə nəticəsində çox sayda insan xəsarət alıb, lakin yaralıların dəqiq sayı hələlik açıqlanmayıb.
Kano ştatının qubernatoru Alhaji Yusuf həlak olanların ailələrinə başsağlığı verərək hadisənin nə qədər ağır olduğunu vurğulayıb.
