Ötən gün Bakıda yerləşən "İdrak" liseyinin güllələnən müəllimə Şəhla Kamilova ilə bağlı yeni faktlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Şəhla Kamilova əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir.
O, Ucar şəhər bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.
Qeyd edək ki, hadisə fevralın 6-da səhər saatlarında baş verib. "İdrak" liseyinin 10-cu sinif şagirdi ov tüfəngi ilə riyaziyyat müəllimi 29 yaşlı Şəhla Kamilovanı güllələyib.
Şəhla Kamilova əməliyyat olunub. Hadisəni törədən şagird isə həbs edilib.