Maşınları oğurlayıb motorları dağılanadək sürdü  - Masallıda yeniyetmənin ŞOK CİNAYƏTİ
07 fevral 2026 13:02 (UTC +04:00)

Maşınları oğurlayıb motorları dağılanadək sürdü - Masallıda yeniyetmənin ŞOK CİNAYƏTİ

0

Masallıda bir aya 3 avtomobil qaçıran yeniyetmə həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisələr rayonun müxtəlif kəndlərində qeydə alınıb.

16 yaşlı Viləş kənd sakini Vidadi Nemətov (ad və soyad şərtidir) rayon sakinlərinə məxsus “Lada Priora”, “VAZ-21074” və “VAZ 21043” markalı avtomobillərini qaçırıb. Vidadi həmin nəqliyyat vasitələrinin qapılarının açıq olduğunu görüb və onları sürmək qərarına gəlib. Avtomobillərin açarları ya üzərində, ya da qoltuq hissəsində olub.

İttiham aktına görə, Vidadi avtomobilləri kobud qayda pozuntuları ilə yüksək səslə idarə edib. Hətta o qədər möhkəm sürüb ki, “Priora”nın motoru və sürətlər qutusu dağılıb. Həmin avtomobilin mühhərikxanası tüstüləyib. Digər “VAZ”ları də saatda 170-180 km sürətlə idarə edib. Başqa avtomobillərlə yarış keçirib. “VAZ”ları idarə edərkən hər ikisi ilə qəza törədib. Bu əməlləri ilə o, zərərçəkənlərə ümumilikdə 6200-6300 manat ziyan vurub.

V. Nemətov saxlanılıb və barəsində cinayət işi açılıb. O, ifadəsində əməlindən peşman olduğunu deyib.

Masallı rayon Məhkəməsinin qərarı ilə Vidadi Nemətov 2 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar