Anası küçədən tapılan uşaqdan imtina etdi - YENİLƏNİB
05 may 2026 22:12 (UTC +04:00)

Anası küçədən tapılan uşaqdan imtina etdi - YENİLƏNİB

1

Anası küçədən tapılan uşaqdan imtina edib.

Lent.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb:

“Dünən qəbiristanlıq ərazisində tapılan körpənin anası tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...

Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?” Çiyinlərini çəkdi...”, - deyə o əlavə edib.

***

Saat 10:47

Bakıda küçədə qalan uşağın valideynləri tapılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir.

***
4 may, saat: 22:42

Bakıda iki yaşlı uşaq tapılıb.

Lent.az xəbər verir ki, bu barədə  “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kamalə Ağazadə paylaşım edib. 

O bildirib ki, uşaq hazırda sığınacaqdadır. 

Uşaq Goradil qəsəbəsində, "Fatimeyi Zəhra" məscidinin yanında yatmış vəziyyətdə aşkar edilib və polis əməkdaşları tərəfindən sığınacağa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2121

Oxşar yazılar