Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün  sadə bir üsul
05 may 2026 15:45 (UTC +04:00)

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə bir üsul

0

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.

Lent.az xarici mediaya istinadən bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır.

Mahiyyəti nədir?

Alimlərin izahına görə, nəfəsi adi haldan təxminən 3 dəfə sürətli etmək etanolun orqanizmdən çıxarılmasını sürətləndirə bilər. Bunun səbəbi odur ki, alkoqolun bir hissəsi nəfəs vasitəsilə də xaric olunur və sürətli nəfəs bu prosesi gücləndirir. Bu üsul tam təhlükəsiz hesab olunmur.

Mütəxəssislər qeyd edir ki, başgicəllənmə, əl-ayaqda keyimə, hətta huşun itirilməsi kimi yan təsirlər yarana bilər.

Ona görə də nəfəsi sürətləndirməyi ehtiyatla etmək lazımdır:

dərin və sürətli nəfəs alın

başınız gicəllənərsə dərhal dayanın

qısa fasilələr verin

Xüsusi cihaz da hazırlanıb

Tədqiqatın rəhbəri Cozef Fişer bildirib ki, bu prosesi asanlaşdırmaq üçün sıxılmış karbon qazı ilə işləyən sadə bir cihaz hazırlanıb. Bu cihaz maska və borular vasitəsilə nəfəs prosesini tənzimləyir və ağır alkoqol zəhərlənməsi hallarında da istifadə oluna bilər.

Bu üsul alkoqolun təsirini müəyyən qədər azaltmağa kömək edə bilər, lakin tam “təmizləmə” kimi qəbul edilməməlidir. Ən təhlükəsiz yanaşma həmişə ölçülü içki qəbul etmək və orqanizmin təbii şəkildə bərpasına imkan verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar