300 gün günəşli hava  - İspaniyanın gizli incisi
05 may 2026 13:39 (UTC +04:00)

300 gün günəşli hava - İspaniyanın gizli incisi

0

İspaniyanın cənubunda yerləşən kiçik, lakin cəlbedici şəhərlərdən biri olan Almunecar son dövrlərdə turistlərin diqqətini getdikcə daha çox cəlb etməyə başlayır. Mütəxəssislər hesab edir ki, məhz indi bu şəhəri kəşf etmək üçün ən uyğun zamandır, çünki o, hələ kütləvi turizm məkanına çevrilməyib və daha sərfəli qiymətlərlə istirahət imkanı təqdim edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, təxminən 28 min əhalisi olan bu şəhər ildə 300 gün günəşli hava ilə seçilir və turistlərə seçim üçün 18 fərqli çimərlik təqdim edir.

Mənbələrin məlumatına görə, Almunecar həm təbii gözəllikləri, həm də sakit atmosferi ilə məşhur turizm mərkəzlərinə alternativ sayılır.

Şəhərdə diqqət çəkən məkanlardan biri də Castillo de San Miguel qalasıdır ki, onun ziyarəti kifayət qədər ucuz başa gəlir. Bundan əlavə, şəhərin qədim hissəsi dar küçələri, kiçik kafeləri və şərab məkanları ilə turistlərə fərqli təcrübə təqdim edir. Sahil boyunca yerləşən bəzi otellər isə tarixi binalarda fəaliyyət göstərir və bu da şəhərin xüsusi ab-havasını daha da gücləndirir.

Almunecarda istirahət üçün ən çox tövsiyə olunan çimərliklər arasında kristal təmiz suyu ilə seçilən Playa de Cantarriján, rahat infrastrukturu ilə fərqlənən Playa San Cristóbal və daha sakit mühiti ilə seçilən Playa de Cotobro yer alır. Bu məkanlar həm üzgüçülük, həm də günəş vannası üçün əlverişli şərait yaradır.

Bununla belə, şəhərin müəyyən çatışmazlıqları da mövcuddur. Almunecarın öz hava limanı yoxdur və birbaşa uçuşlar mümkün deyil. Lakin təxminən bir saatlıq məsafədə yerləşən Malaga Airport vasitəsilə şəhərə rahat şəkildə çatmaq mümkündür.

Turizm mütəxəssisləri bildirir ki, İspaniyada daha sakit və orijinal məkanlar axtaranlar üçün Almuñécar ideal seçimdir və yaxın illərdə onun daha da populyarlaşacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 141

Oxşar yazılar