Gəncədə maşın süpürgəçini   vurub öldürdü - YENİLƏNİB
06 may 2026 09:58 (UTC +04:00)

Gəncədə maşın süpürgəçini vurub öldürdü - YENİLƏNİB

1

Gəncədə avtomobilin vuraraq öldürdüyü piyada süpürgəçi imiş.

Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

32 yaşlı Anar Əhmədovun BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarını süpürən 61 yaşlı Qurbanova Zümrüd Kazım qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

***
5 may, saat: 08:13

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı köşkə çırpılıb.

Qəza zamanı 1961-ci il təvəllüdlü Z. Qurbanova hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1346

Oxşar yazılar