Smartfonunuzu nə qədər tez-tez yenidən başlatmalısınız?
06 may 2026 13:08 (UTC +04:00)

Smartfonunuzu nə qədər tez-tez yenidən başlatmalısınız?

0

Smartfon normal işləsə belə, zamanla sistemdə xırda səhvlər toplanır və bu, sürətin azalmasına, həmçinin batareya sərfiyyatının artmasına səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, smartfonu mütəmadi olaraq yenidən başlatmaq cihazın stabil işləməsini təmin edən ən sadə üsullardan biridir.

Restart müvəqqəti xətaları aradan qaldırmağa, donmuş prosesləri bağlamağa və həm iPhone, həm də Android cihazlarda performansı yaxşılaşdırmağa kömək edir. Hətta cihaz normal işləsə belə, sistemdə zamanla toplanan kiçik xətalar sürətin azalmasına və batareyanın daha tez boşalmasına gətirib çıxara bilər. 

iPhoneni nə qədər tez-tez yenidən başlatmaq lazımdır

Apple şirkəti iPhone üçün konkret restart qrafiki müəyyən etməsə də, hər hansı problem yarandıqda ilk addım kimi cihazı yenidən başlatmağı tövsiyə edir. Mütəxəssislərin fikrincə, iPhonen təxminən həftədə bir dəfə yenidən başlatmaq optimal sayılır. Bu, operativ yaddaşı təmizləməyə, fon proseslərini bağlamağa və xırda sistem xətalarını aradan qaldırmağa kömək edir.

Əgər iPhone qeyri-sabit işləməyə başlayırsa, tətbiqlər donursa, əlaqə zəifləyirsə və ya batareya daha tez tükənirsə, cihazı dərhal yenidən başlatmaq tövsiyə olunur.

Android telefonları nə qədər tez-tez yenidən başlatmaq lazımdır

Android cihazlarda vəziyyət oxşardır, lakin bir fərq var: daha mürəkkəb sistem və istehsalçı interfeysləri səbəbindən fon prosesləri daha çox toplanır.

Google bu mövzuda dəqiq qrafik təqdim etməsə də, hər hansı nasazlıq zamanı restartdan istifadə etməyi məsləhət görür. Bəzi istehsalçılar, o cümlədən Samsung isə cihazın mütəmadi, hətta gündəlik yenidən başladılmasını tövsiyə edir.

Ümumilikdə mütəxəssislər hesab edir ki, Android smartfonu 2-3 gündə bir dəfə və ya ən azı həftədə bir dəfə yenidən başlatmaq optimaldır. Bu, ləngimələrin, donmaların və bağlantı problemlərinin qarşısını almağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 96

Oxşar yazılar