İsmayıllıda maşın kişini vurub öldürdü
07 fevral 2026 09:33 (UTC +04:00)

İsmayıllıda maşın kişini vurub öldürdü

0

İsmayıllıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə bu gecə saat 2 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində qeydə alınıb.

Zaur Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar