Litvaya son sutka ərzində yeddi paraşütlə qaçaqmal siqaretlər göndərilib.
Lent.az xarici mediaya istinadla bildiri ki, həmin paraşütlərdə ümumilikdə 12,7 min qutu siqaret olub. Uçuş istiqamətinin Belarus olduğu geolokasiya məlumatları əsasında müəyyən edilib.
Ümumilikdə, 2026-cı ilin əvvəlindən bu günədək respublikaya 40 paraşüt vasitəsilə 108 min qutu qaçaqmal siqareti gətirilib. Onlardan biri yanvarın 27-də Vilnüs şəhərinin mərkəzinə düşüb və yükü götürməyə çalışan şəxs polis əməkdaşını yaralayıb.