"İdrak" Liseyində güllələnən müəllimin SON DURUMU  - YENİLƏNİB
07 fevral 2026 16:17 (UTC +04:00)

"İdrak" Liseyində güllələnən müəllimin SON DURUMU - YENİLƏNİB

0

Şagirdi tərəfindən güllələnən "İdrak" Liseyinin müəllimi palataya köçürülüb.

Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, 29 yaşlı qadın Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

***
13:06

"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".

Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1122

Oxşar yazılar