Bakı-Qazax yolunda yük maşını qəza törədib.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, hadisə fevralın 5-də saat 15:10-da yolun 56-cı kilometrliyində qeydə alınıb.
Sürücünün diqqətsizliyi səbəbindən “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb. "Mercedes" markalı avtomobilin yük yeri zərbənin təsirindən parçalanıb.
Faktla bağlı araşdırma aparılır.
Göründüyü kimi, məhz son anda qəzadan yayınmağa cəhd göstərən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığını heçə sayan sürücünün bu əməlinə nə ad vermək olar?!