At ətini mal əti kimi  satmaq istəyənlər İFŞA OLUNDU - VİDEO
07 fevral 2026 12:24 (UTC +04:00)

At ətini mal əti kimi satmaq istəyənlər İFŞA OLUNDU - VİDEO

0

Tərtərdən Bakıya at əti gətirənlər saxlanılıb.

Lent.az xəbər verir ki, Tərtərdə polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə tədbir keçiriblər.

Tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar