Zaqatalada QƏZA:  "Jiquli" çuxura  düşdü - sürücü yaralandı
24 mart 2026 09:33 (UTC +04:00)

Zaqatalada QƏZA: "Jiquli" çuxura düşdü - sürücü yaralandı

0

Zaqatalada yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə martın 23-də axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

24 yaşlı Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı sürücü yaralanaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar