Keçmiş arvadını öldürdü,  xalası ilə köməkləşib bağda basdırdı
23 mart 2026 16:16 (UTC +04:00)

Keçmiş arvadını öldürdü, xalası ilə köməkləşib bağda basdırdı

0

Böyük Britaniyada məhkəmə 42 yaşlı Əlirza Əskərini boşanmaq istəyən həyat yoldaşını qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, istintaq qadının 2025-ci ilin aprelində həyat yoldaşından ayrı yaşamağa başladıqdan sonra itkin düşdüyünü müəyyən edib. Onun dostu dərhal ərdən şübhələnərək polisə məlumat verib. Araşdırma zamanı hüquq-mühafizə orqanları şübhəlinin evinin həyətində insan qalıqları aşkar ediblər. Qalıqlar bağda gizlədilb və üzəri bitkilərlə örtülüb.

Müəyyən edilib ki, kişi cinayətə əvvəlcədən hazırlaşıb və tək hərəkət etməyib. Hadisədən sonra o, izləri gizlətmək üçün xalası Məryəm Dəlavərini cəlb edib. Qadın gələnə qədər o, sübutların bir hissəsini aradan qaldırıb və özünü qaydaya salıb, sonra birlikdə meyiti basdırıblar.

Həmçinin məlum olub ki, hadisədən sonra o, ətrafdakıları aldatmağa çalışaraq yazışmalarda özünü həyat yoldaşı kimi təqdim edib və guya onun başqa yerə getdiyini bildirib.

Məhkəmə təqsirləndirilənin psixi xəstəliklə bağlı iddialarını rədd edərək bunun onun niyyətinə təsir etmədiyini vurğulayıb. Onun xalası da günahkar bilinib və real həbs cəzasına məhkum edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar