Abşeronda taksi sürücüsünə qarşı soyğunçuluq
24 mart 2026 16:03 (UTC +04:00)

Abşeronda taksi sürücüsünə qarşı soyğunçuluq

1

Abşeron rayonu ərazisində taksi sürücüsünə qarşı soyğunçuluq hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 292

Oxşar yazılar