Bakıda narkotacir tutuldu - VİDEO
07 fevral 2026 15:00 (UTC +04:00)

Bakıda narkotacir tutuldu - VİDEO

0

Bakıda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb. Ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işləri başlanılıb. R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar