Premyer Liqa "Mançester Siti"yə görə 2.8 milyard avro  itirə bilər
07 fevral 2026 13:37 (UTC +04:00)

Premyer Liqa "Mançester Siti"yə görə 2.8 milyard avro itirə bilər

0

“Mançester Siti”yə qarşı irəli sürülən 115 ittiham üzrə hökmün elan olunması Premyer Liqaya baha başa gələ bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu klubun rəhbərliyi düşünür.

İngiltərə Premyer Liqasında maliyyə qaydalarının pozulması ilə bağlı kluba qarşı 115 ittiham irəli sürülüb. Bu ittihamlar üzrə hökmün elan edilməsi hələlik təxirə salınıb. Klub rəhbərliyi düşünür ki, bu təxirə salmanın səbəbi hökm oxunacağı təqdirdə liqanın 2,5 milyard funt sterlinq (təxminən 2,8 milyard avro) məbləğində zərərlə üzləşmə ehtimalıdır.

Məlumata görə, əgər “şəhərlilər” İngiltərə çempionatından kənarlaşdırılarsa, turniri hücumçu Erlinq Haaland kimi ulduz futbolçular, eləcə də Xose Qvardiola baş məşqçi tərk edəcək. Bu halda televiziya kanalları Premyer Liqa ilə bağladıqları müqavilələri ləğv etmək hüququ əldə edəcək və bu da liqanın dərhal 2,5 milyard funt gəlir itirməsinə səbəb olacaq.

Qeyd edək ki, Premyer Liqa 2023-cü ilin fevralında “Mançester Siti”yə qarşı maliyyə qaydalarının pozulması ilə bağlı rəsmi ittihamlar irəli sürüb. Premyer Liqa sənədində ümumilikdə 115 maddə yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar