Qazdan boğuldu, diri-diri yandı - Tovuzda DƏHŞƏT
06 fevral 2026 17:54 (UTC +04:00)

Qazdan boğuldu, diri-diri yandı - Tovuzda DƏHŞƏT

0

Tovuzda kişi evdə olan sobanın üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən ölüb.

Lent.az APA-ya istinadla bildirir ki, 84 yaşlı C.Kazımovun dəm qazından zəhərləndiyi, daha sonra huşsuz halda yanan sobanın üzərinə yıxılaraq yanıq xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***
17:09

Tovuzda yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyiti tapılan şəxsin 84 yaşlı C.Kazımov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar