Bakıda şagirdin güllələdiyi müəllim əməliyyat olundu: Vəziyyəti necədir?
06 fevral 2026 16:16 (UTC +04:00)

Bakıda şagirdin güllələdiyi müəllim əməliyyat olundu: Vəziyyəti necədir?

0

Bu gün Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar