Kefiri yatmazdan əvvəl  içməyin - hamının inandığı mif
06 fevral 2026 17:21 (UTC +04:00)

Kefiri yatmazdan əvvəl içməyin - hamının inandığı mif

0

Bir çox insan gecə yatmazdan əvvəl bir stəkan kefir içməyin faydalı vərdiş olduğuna, həzmi yaxşılaşdırdığına və daha rahat yuxuya kömək etdiyinə inanır. Lakin həkimlər getdikcə daha çox bildirirlər ki, bu tövsiyə artıq köhnəlib.

Lent.az xəbər verir ki, kefir həqiqətən faydalı məhsuldur, amma onu adətən içilən vaxtda deyil. Bunun səbəbi isə fiziologiya ilə bağlıdır,  Kefir aktiv mikrofloraya malik turşuməhsuldur. O, bağırsaqlarda fermentasiya proseslərini işə salır. Gecə vaxtı həzm prosesi ləngiyir. Orqanizm qidanı emal etmək yox, bərpa rejiminə keçir.

Yatmazdan əvvəl kefir içildikdə, gecə rejiminə baxmayaraq fermentasiya davam edir. Bu isə köp, ağırlıq hissi və yuxunun pozulmasına səbəb olur. Qastroenteroloqlar qeyd edirlər ki, bir çox insan kefirdən sonra gecə oyanmalarından şikayətlənir. Bu, bağırsaqların aktiv işləməsi ilə əlaqədardır. Bundan əlavə, kefirdə süd turşuları mövcuddur. Həssas mədəsi olan insanlarda onlar qıcqırmanı artıra bilər.

Gecə saatlarında mədənin turşuluğu təbii olaraq yüksəlir. Kefir isə əlavə yük yaradır. Daha bir nüans da var şəkər. Hətta təbii kefirdə belə qlükoza səviyyəsini yüksəldən laktoza mövcuddur. Orqanizm bunu aktivlik siqnalı kimi qəbul edir, istirahət üçün yox. Nəticədə yuxuya getmək çətinləşir.

Kefiri səhər və ya gün ərzində içməyi tövsiyə edirlər. Bu zaman mikroflora fayda verir, narahatlıq yaratmır. Yatmazdan əvvəl yüngül bir qəlyanaltı istənilirsə, fermentasiya yaratmayan zülallı məhsullara üstünlük vermək daha yaxşıdır.

Bəzi insanlar kefiri ilıq su və ya bitki çayı ilə əvəz edirlər. Bu, rahatlamağa və yuxunu yaxşılaşdırmağa kömək edir. Kefir faydalı məhsul olaraq qalır, lakin vaxtı nəzərə almaq vacibdir. Gecə qəbul edilməsi ən yaxşı seçim deyil. Vərdiş dəyişdirildikdə isə yuxu daha sakit olur, səhərki hal isə nəzərəçarpacaq dərəcədə yaxşılaşır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar