"Dəryaz" qəzetinin baş redaktoruna HÖKM OXUNDU
06 fevral 2026 16:22 (UTC +04:00)

"Dəryaz" qəzetinin baş redaktoruna HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəryaz" qəzetinin təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən məhkəmə Habil Tağıyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Xatırladaq ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib. Habil Tağıyev Cinayət Məcəlləsinin 182.2.2 (Hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar