"Real"da böyük dəyişikliklər  başlayır: üç oyunçu satılacaq
06 fevral 2026 12:48 (UTC +04:00)

"Real"da böyük dəyişikliklər başlayır: üç oyunçu satılacaq

0

“Real” klubu böyük dəyişikliklər prosesinə başlayıb və bir neçə əsas oyunçu ilə yollarını ayırmağa hazırlaşır.

“Real”ın Direktorlar şurası heyəti optimallaşdırmaq və əmək haqqı xərclərini azaltmaq üçün aydın bir plan hazırlayıb. Bunun bir hissəsi olaraq, Madrid komandasından ayrılmaq üçün üç oyunçu seçilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onların arasında Fran Qarsiya, David Alaba və Dani Sebalos var. 26 yaşlı Qarsiyanın satılmasına onun sol cinah müdafiəçisi mövqeyində oynayan dördüncü oyunçu olmasının səbəb olduğu deyilir.

Komanda veteranı hesab edilən və "Real"la müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq avstriyalı David Alaba müqaviləsini yeniləməyəcək və başqa kluba keçəcək. Hər iki tərəf bu qərarı dəstəkləyib.

Dani Sebalos oyun müddətinin azlığı səbəbindən dəfələrlə komandadan ayrılmaq istəyini bildirib. Buna görə də, 29 yaşlı yarımmüdafiəçinin 2026-cı ilin yayında satılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar