“Apple”, yoxsa Samsung? - 2025-ci ildə ən çox satılan smartfon brendləri
07 fevral 2026 05:47 (UTC +04:00)

“Apple”, yoxsa Samsung? - 2025-ci ildə ən çox satılan smartfon brendləri

0

Omdia tərəfindən dərc edilən son bazar hesabatı, 2025-ci ildə smartfon sektorunda liderlik yarışının nəticələrini açıqlayıb.

Lent.az xəbər verir ki, “Apple”, yüksək satış rəqəmləri ilə əsas rəqibi Samsungu geridə qoyaraq bazarda birinci yeri tutub.

“Apple” ili 240,6 milyon ədəd satış və 19% bazar payı ilə lider olaraq başa vurub, Samsung isə 239,1 milyon ədədlə ikinci olub.

Hər iki texnologiya nəhəngi 2024-cü illə müqayisədə satışlarını tam 7% artırmağı bacarıb.

Əsas istehsalçılar siyahısında ən diqqətəlayiq performans göstərən Honor, 11% artımla ilin ən sürətli böyüyən brendi adını qazanıb.

“Xiaomi”, satışlarında 2% azalma yaşamasına baxmayaraq, 165,4 milyon ədəd satış ilə siyahıda üçüncü yerini qorudu.

Qlobal smartfon bazarı ümumilikdə 2 faiz artaraq 1,25 milyard ədədə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar