Bakıda tikinti şirkətində İNSİDENT:  polis araşdırmalara başladı - VİDEO
09 fevral 2026 10:34 (UTC +04:00)

Bakıda tikinti şirkətində İNSİDENT: polis araşdırmalara başladı - VİDEO

0

Bakıda tikinti şirkətində insident olub.

Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən “Okuklu Holding”də qeydə alınıb. 

Bir qrup şəxslə şirkət rəhbəri Yılmaz Okuklu arasında əlbəyaxa dava olub. 

Hadisə yerinə polis əməkdaşları gəlib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, faktla bağlı araşdırma aparılır: 

“Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub.

Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar