Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA
04 fevral 2026 09:20 (UTC +04:00)

Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA

0

Fevralın 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxa (Sarıbaş) qar, əksər bölgələrə isə yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Bərdə və Naftalanda 21, Gəncədə 20, Şəki və Mingəçevirdə 18, Şəmkir və Tərtərdə 16, Culfa və Yevlaxda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Daşkəsən, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Göyçay, Lerik, Astara, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 300 metrədək məhdudlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1300

Oxşar yazılar