Qətər ordusunun helikopteri qəzaya uğrayıb, yeddi nəfər öldü
22 mart 2026 14:25 (UTC +04:00)

Qətər ordusunun helikopteri qəzaya uğrayıb, yeddi nəfər öldü

0

Qətərin dövlət ərazi sularında baş verən helikopter qəzasından sonra itkin düşən şəxslərlə bağlı davam edən axtarış-xilasetmə əməliyyatları çərçivəsində helikopterdə olan 7 nəfərdən 6-sının tapılması mümkün olub.

Qatar News Agency-in məlumatına görə, bunu ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Tapılan şəxslərin həlak olduğu təsdiqlənib, xüsusi təyinatlı qruplar isə sonuncu itkin şəxsin tapılması üçün intensiv axtarışları davam etdirir.

Nazirlik bazar günü X platformasında yaydığı açıqlamada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar