Bu gün saat 14:30 radələrində 1965-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən xəbərə görə, üz nahiyəsinin, hər iki yuxarı ətrafın II və III dərəcəli yanıq xəsarəti diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
***
saat 13.35
Göygöldə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.