İrandan gözlənilməz addım
21 mart 2026 09:20 (UTC +04:00)

İrandan gözlənilməz addım

0

İran cümə axşamı axşam saatlarında ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi Dieqo Qarsiya hərbi bazasına iki ballistik raket atıb.

Lent.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" bir neçə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Raketlərdən biri uçuş zamanı mühərrikində yaranan nasazlıq səbəbindən düşüb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən vurulub.

Dieqo Qarsiya adası İrandan təxminən 4000 kilometr məsafədə yerləşir ki, bu da İran raketlərinin maksimum 2000 km uzaqlıqdakı hədəfləri vura biləcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini, Tehranın uzaqmənzilli raketlərin hazırlanmasında irəliləyiş əldə etdiyini göstərir.

Hind okeanındakı Dieqo Qarsiya adası ABŞ-ın bombardmançı təyyarələr, nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunmuş esmineslər yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1216

Oxşar yazılar