Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində rayonun Ərmənət kəndində qeydə alınıb.
Kənd sakini, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib.
Z.Məmmədov xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.
Araşdırma aparılır.