Sabah Bakının Süleyman Vəzirov küçəsində məhdudiyyət yaranacaq.
Bu barədə Lent.az-a AAYDA-dan məlumat verilib.
Məlumata görə, Xətai rayonu, Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinədək olan hissəsində əsaslı təmir işləri aparılacaq. Bununla əlaqədar, 4 mart saat 08:00-dan saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.