"Nuranə qışqıra-qışqıra zəng elədi ki, Ədil ölür" - BAKIDA AİLƏ DRAMI
03 mart 2026 18:08 (UTC +04:00)

"Nuranə qışqıra-qışqıra zəng elədi ki, Ədil ölür" - BAKIDA AİLƏ DRAMI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə  prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid A.S hadisənin görmədiyini deyib: "Ədil mənim bacanağım olub. Həmin gün həyat yoldaşım Mariana zəng elədi ki, Ədil yerdə uzanıb qalıb. Mən o ailə ilə mübahisəli olduğum üçün getmək istəməsəm də getdim. Onun içkili olduğunu zənn elədim. Mən qonşu oğlanla birlikdə, Ədili arabaya qoyduq, sonra Nuranə ilə onu evə çatdırıb qayıtdım. Qayınatamla danışmırdım deyə evə onlarla birlikdə getmədim. Səbəb o idi ki, Nəcəf kişi üstümə bıçaq çəkmişdi, polisə düşmüşdük. Bir müddət keçəndən sonra Nuranə qışqıra-qışqıra zəng elədi ki, Ədil ölür. Dedim təcili yardıma zəng eləyin, mənə niyə zəng edirsininiz?".

Şahid L.Ə. təqsirləndirilən N. Məhərrəmovanın kirayə qaldıqları evin sahibinin qızı olduğunu bildirib:

"Həmin gün evdə anamla mən var idik. Qəfildən qışqırıq səsləri gəlməyə başladı: qadın və uşaq səsləri bir-birinə qarışmışdı. Birdən bir kişi səsinin "Sən allah, eləmə" deyə yalvardığını eşitdim. Ardınca elə bir səs gəldi ki, sanki kimsə əlini divara çırpır. Qorxduğum üçün ora yaxınlaşa bilmədim. Sonra polislər gəldi, dedilər qapı pəncərəni bağlayıb içəridə qalım". 

Növbəti proses martın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 22-də Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Qəsəbə sakini Ədil Məhərrəmovun qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetiridiyi məlum olub.

Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham olunaraq istintaqa cəlb olunub.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar