"Ayrılıqdan keçən yol"  sənədli filminin təqdimatı olundu
03 mart 2026 18:10 (UTC +04:00)

"Ayrılıqdan keçən yol" sənədli filminin təqdimatı olundu

0

Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Muğam Evində "Ayrılıqdan keçən yol" sənədli filminin təqdimat mərasimi keçirilib.

APA-nın yerli müxbiri xəbər verir ki, film 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş, Ağdam rayonunun Bağbanlar, Saybalı, İsmayılbəyli və Pirzadlı kəndlərindən olan beş hərbçinin xatirəsinə ithaf olunub.

Filmdə ailə üzvləri, doğmaları şəhid hərbçilər haqqında fikirlərini və xatirələrini bölüşüblər.

Bununla yanaşı, 1993-cü ildə sözügedən kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına da toxunulur, həmin dövrdə gedən proseslər barədə məlumatlar tamaşaçıların diqqətinə çatdırılır.

Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Ekran əsərinin ssenari müəllifi və rejissoru jurnalist Teymur Zahidoğludur.

Film Mədəniyyət Nazirliyi tərəfindən dövlət film reyestrinə qəbul edilib və yayım vəsiqəsi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar