Ulduz sənətçi 12 illik evliliyinin  üstündən xətt çəkdi
28 aprel 2026 15:51 (UTC +04:00)

Ulduz sənətçi 12 illik evliliyinin üstündən xətt çəkdi

0

Məşhur aktrisa Pelin Karahan və iş adamı Bedri Güntay 12 illik evliliklərini bu gün rəsmən sonlandırıblar.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, iki övladı olan cütlük qarşılıqlı razılaşma yolu ilə boşanıb.

Bir müddət əvvəl Bedri Güntayın evi tərk etməsi ilə gündəmə gələn boşanma xəbəri, cütlüyün məhkəmədən dərhal sonra yaydıqları ortaq bəyanatla rəsmiləşib. Açıqlamada deyilir:

"Bu gündən etibarən evliliyimizi qarşılıqlı sevgi və hörmət çərçivəsində, razılaşma yolu ilə bitirdik. Bundan sonrakı prosesdə də iki övladımızın valideynləri olaraq ortaq məsuliyyətimizi və bir-birimizə olan hörmətimizi davam etdirəcəyik. Övladlarımızın maraqlarının qorunması və inkişaf proseslərinin mənfi təsirlənməməsi üçün mətbuat mənsublarından və ictimaiyyətdən ailə həyatımızın gizliliyinə həssaslıq göstərmələrini xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar