Toya gedən kişini pələng parçaladı
28 aprel 2026 12:26 (UTC +04:00)

Toya gedən kişini pələng parçaladı

0

Hindistanda pələng toya gedən 30 yaşlı kişini parçalayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə aprelin 23-də baş verib.

Yerli KİV-in məlumatına görə, kişi evə qayıtmayıb və bundan sonra yaxınları onun axtarışına başlayıblar. Bir müddət sonra onlar mərhumun qalıqlarını evindən bir neçə yüz metr aralıda aşkar ediblər. Cəsəd ciddi şəkildə zədələndiyi üçün onun iri yırtıcının hücumu nəticəsində öldüyü təsdiqlənib.

Rayon sakinləri hesab edirlər ki, faciəyə pələng səbəb ola bilər. Bir neçə gün əvvəl eyni ərazidə oxşar hadisə baş verib: həmin vaxt yırtıcı bir qadını öldürərək cəsədini meşənin dərinliyinə aparıb.

Ümumilikdə son bir ay ərzində bölgədə vəhşi pişiklərin hücumu ilə bağlı bir neçə ölüm halı qeydə alınıb.

Mütəxəssislər belə hadisələrin artmasını pələnglərin sayının çoxalması ilə əlaqələndirirlər. 2022-ci ildən etibarən Bhimtal bölgəsində bu heyvanların populyasiyası nəzərəçarpacaq dərəcədə, təxminən 40 faiz artıb. Bu isə yırtıcıların daha tez-tez yaşayış məntəqələrinə yaxınlaşmasına və yerli əhali üçün riskin artmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar