Telefonlarda yeni dönəm - 2027-ci ildən məcburi olacaq
28 aprel 2026 01:52 (UTC +04:00)

Telefonlarda yeni dönəm - 2027-ci ildən məcburi olacaq

0

Avropa Birliyi 2027-ci ilin yanvarından etibarən satılacaq bütün mobil telefonlarda çıxarıla bilən batareyanı məcburi etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, yeni qaydalara əsasən, batareyalar istifadəçi tərəfindən asanlıqla çıxarılıb dəyişdirilə biləcək şəkildə istehsal olunmalıdır.

AB bildirir ki, bu addım köhnəlmiş batareyaya görə insanların tez-tez yeni telefon almaq məcburiyyətini azaldacaq və cihazların istifadə müddətini uzadacaq.

Qərar yalnız Avropa bazarı üçün nəzərdə tutulsa da, daha əvvəl USB-C vahid şarj portu qaydasında olduğu kimi, bunun da qlobal telefon istehsalçılarına təsir edə biləcəyi düşünülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar