Müəllimlərin işə qəbulu imtahanının tarixi açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
O qeyd edib ki, 1-8 iyul tarixlərində MİQ müsabiqəsinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir.