“Novella II”  filminin çəkilişlərinə başlandı
28 aprel 2026 12:00 (UTC +04:00)

“Novella II” filminin çəkilişlərinə başlandı

0

“Aktual Media” Gürcüstanda yaşayan uğurlu azərbaycanlılar haqqında “Novella II” bədii-sənədli filminin çəkilişlərinə başlayıb.

Lent.az xəbər verir ki, təxminən 40 dəqiqəlik filmdə hüquq, tibb, sosial və idman sahələrində çalışan peşəkar gənclər iştirak edir.

Layihənin əsas məqsədi soydaşlarımızın nailiyyətlərini və qarşılaşdıqları çətinlikləri ilhamverici şəkildə təqdim etmək, gənc nəsli təhsilə həvəsləndirmək və uğurlu azərbaycanlıları gürcü cəmiyyətinə daha yaxından tanıtmaqdır.

Qeyd edək ki, “Novella I” 2025-ci il fevralın 28-də işıq üzü görüb və Gürcüstan cəmiyyətində maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar