Cəlilabadda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Üçtəpə-Təzəkənd yolunda qeydə alınıb.
56 yaşlı Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi "Vaz 21043" minik markalı avtomobillə yolu keçən piyada 13 yaşlı Zamanov Murad Möhübbət oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb.