İranın İsrailin Dimona şəhərinə hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb, 47 nəfər yaralanıb.
Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
***
22:41
İsrailin cənubundakı Dimona bölgəsində raket hücumu nəticəsində 20 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Qeyd olunur ki, yaralananlar arasında 10 yaşlı uşaq da var.
İran dövlət televiziyasının məlumatına görə isə, Dimonaya zərbə İsrailin Natanzdakı nüvə obyektinə hücumuna cavab olaraq endirilib.