Daha çox Çiçarito kimi tanınan Xavyer Hernandes futboldan sonra gözlənilməz bir yol seçib.
“Mançester Yunayted” və “Real”ın keçmiş hücumçusu butslarını mətbəxə dəyişib və TikTok hesabını fəal şəkildə inkişaf etdirir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bir videoda o, Milan üslubunda sendviç hazırlayır - pendir və avokado ilə qızardılmış mal əti, evdə hazırlanmış pesto və çabatta.
“Qvadalahara”dan ayrıldıqdan sonra klubsuz qalıb, amma əlbəttə ki, diqqətdən kənarda qalmayıb.
Video artıq milyonlarla baxış toplayıb. Çiçarito hələ də tamaşaçıları necə cəlb etməyi bilir - indi meydanda deyil, mətbəxdə.