Millinin keçmiş futbolçusunun  həyat yoldaşı kapitan pilot  oldu
05 mart 2026 19:46 (UTC +04:00)

Millinin keçmiş futbolçusunun həyat yoldaşı kapitan pilot oldu

0

Keçmiş milli futbolçu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu bir hava yolu şirkətində kapitan pilot kimi işə başlayıb və əri ilə birlikdə ABŞ-a uçuş edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, keçmiş milli futbolçu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu aviasiya karyerasında mühüm bir addım atıb. Yağmur Sarıoğlunun bir hava yolu şirkətində kapitan pilot kimi işə başladığı öyrənilib. 

Sabri Sarıoğlu'nun eşi kaptan pilot oldu

Uzun müddət pilot kimi çalışan Yağmur Sarıoğlu, kapitan pilot titulunu alaraq karyerasında yeni bir mərhələyə qədəm qoyub. Bildirilib ki, Sarıoğlu işlədiyi aviaşirkətdə kapitan pilot kimi uçmağa başlayıb. 

Sabri Sarıoğlu'nun eşi kaptan pilot oldu

Yağmur Sarıoğlunun ABŞ-a ilk uçuşlarından birini əri Sabri Sarıoğlu ilə birlikdə etdiyi bildirilir. Cütlüyün birlikdə uçuşu sosial mediada da diqqət çəkib.

Sabri Sarıoğlu'nun eşi kaptan pilot oldu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar