JD Sports portalı Kazemirodan karyerası ərzində qarşılaşdığı oyunçuları nəzərdən keçirməsini istəyib.
Lent.az-ın xəbərinə görə, məlum olub ki, yarımmüdafiəçi Zinəddin Zidanı sevir və hələ də ingilis dilində pis danışır.
Birlikdə oynamaq istədiyin oyunçu sualına cavabında deyib: "Yalnız bir oyunçu? Zinəddin Zidan, 100 faiz. O, indiyə qədər gördüyüm ən yaxşı oyunçudur. O, mənim kumirimdir. Mən bu oğlanı sevirəm".
Ən çətin rəqib kimdir: "Mütləq Messi olacaq. Kriştiano ilə oynamamışam, amma Messiyə qarşı oynamaq çox çətin idi".
Meydanı paylaşdığı ən yaxşı oyunçu kim olub: "Zidan, o, mənim üçün ən yaxşısıdır".