Vensin Azərbaycana səfərinin  tarixi bəlli oldu
07 fevral 2026 22:39 (UTC +04:00)

Vensin Azərbaycana səfərinin tarixi bəlli oldu

0

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9–11 fevral tarixlərində baş tutacaq.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq 9–11 fevral tarixlərində Milan, İrəvan və Bakıya səfər çərçivəsində vitse-prezident Vensə qoşulacaq.

Məlumata görə, Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar