Xalq inanclarında və ezoterik təlimlərdə vəfat etmiş insanların fotolarının xüsusi, nekrotik adlandırılan enerjiyə malik olduğu düşünülür. Bir çox insan dünyasını dəyişmiş yaxınlarının şəkillərinə baxarkən izaholunmaz narahatlıq və ya daxili ağırlıq hiss etdiyini bildirir. Bu cür fotoların necə saxlanılmasının həm yaşayanlara, həm də dünyasını dəyişənlərin xatirəsinə zərər verməməsi mövzusu yenidən gündəmə gəlib.
Lent.az xarici mediaya istinadən bu mövzu ilə bağlı ezoteriklərin tövsiyələri və psixoloqların yanaşmaları barədə xəbər verir.
Niyə vəfat edənlərin fotolarını açıq yerdə saxlamaq məsləhət görülmür?
Ezoterik inanclara görə, fotoşəkil insanla metafizik aləm arasında bir növ əlaqə yaradır. Dünyasını dəyişmiş şəxsin portreti daim göz önündə olduqda, bu kanalın açıq qaldığına inanılır.
Mütəxəssislərin fikrincə, belə şəkillərlə daimi vizual təmas yaşayan insanlarda halsızlıq, apatiya və emosional tükənmə hissi yarada bilər. Bəzi inanclara görə isə, mərhumun fotosuna həddindən artıq diqqət yetirilməsi onun ruhunun sakitliyinə mane olur və keçmişlə bağları qırmağa imkan vermir.
Xüsusilə yataq otağında və ya uşaq otağında bu cür fotoların saxlanılması tövsiyə edilmir. İnanca əsasən, yuxu zamanı insan daha həssas olur və xarici təsirlərə açıq qalır.
Xatirə fotolarını necə düzgün saxlamaq olar?
Mütəxəssislər vurğulayırlar ki, vəfat etmiş yaxınların fotolarını atmaq qətiyyən doğru deyil. Lakin onları saxlama üsulunu dəyişmək tövsiyə olunur.
Ən çox tövsiyə edilən variant fotolar üçün ayrıca albom və ya qovluq ayırmaqdır. Bu şəkillərin yaşayan insanların fotoları ilə qarışdırılmaması məsləhət görülür.
Bəzi ezoterik praktikalar bu fotoların qara rəngli qovluqda və ya qalın zərfdə saxlanılmasını tövsiyə edir. Bu, simvolik olaraq “enerji baryeri” yaradır.
Müasir dövrdə isə fotoları ayrıca flaş daşıyıcıda və ya rəqəmsal arxivdə saxlamaq daha praktik hesab olunur. Bu üsul xatirəni qorumağa imkan verir, eyni zamanda evdə daimi vizual fon yaratmır.
Fotolar nə zaman açıqda ola bilər?
İnanclara görə, bəzi günlərdə mərhumların xatirəsinə müraciət etmək normal və hətta faydalı sayılır. Doğum günlərində, ildönümlərində və ya anım günlərində fotonu müvəqqəti olaraq görünən yerə qoymaq, şam yandırmaq və mərhumu xoş sözlərlə xatırlamaq qəbul edilən davranışdır.
Əgər foto böyük nəsil şəcərəsinin bir hissəsidirsə və bir neçə nəslin şəkilləri birlikdə təqdim olunursa, bu zaman fərdi təsirin “neytrallaşdığı” düşünülür.
Psixoloqlar nə deyir?
Psixoloqlar isə mövzuya daha rasional yanaşma tövsiyə edirlər. Onların fikrincə, əsas meyar insanın öz hissləridir. Əgər fotoya baxarkən sakit kədər və minnətdarlıq hissi yaranırsa, bu, normal yas prosesinin bir hissəsidir.
Lakin şəkil həyatın mərkəzinə çevrilirsə, onun ətrafında sanki “altar” formalaşır və insan keçmişdən qopa bilmirsə, bu artıq psixoloji yük hesab olunur. Belə hallarda fotonu göz önündən götürmək emosional sağalmanın ilk addımı ola bilər.
Qətiyyən edilməməli olanlar
Mütəxəssislər və inanclara əsasən, vəfat etmiş insanların fotolarını çarpayının qarşısında və ya güzgülərin yanında asmaq tövsiyə edilmir. Bu şəkilləri yataq və uşaq otaqlarında saxlamaq da məsləhət görülmür.
Bundan başqa, mərhumların fotolarını yad insanlara hədiyyə etmək uyğun sayılmır. Xalq inanclarına görə, yaşayan insanların fotolarını mərhumla birlikdə tabuta qoymaq da düzgün deyil. Həm ezoteriklər, həm də psixoloqlar belə fotolardan müqəddəs guşə yaratmağın sağlam olmadığını bildirirlər.
Mütəxəssislərin fikrincə, əsas məqsəd xatirəni qorumaqla yanaşı, yaşayanların emosional balansını və gündəlik həyatla əlaqəsini itirməməkdir.