Bakıda və bu ərazilərdə güclü külək  əsəcək - XƏBƏRDARLIQ
09 fevral 2026 17:06 (UTC +04:00)

Bakıda və bu ərazilərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

0

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, fevralın 10-da Bakıda və Abşeron yarımadasında, Neftçala, Xızı, Qusar, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Kəlbəcər, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar