Azərbaycanda uşaqlar arasında bu xəstəliklər artıb
11 mart 2023 10:43 (UTC +04:00)

Azərbaycanda uşaqlar arasında bu xəstəliklər artıb

0

“Çox təəssüf ki, son zamanlarda autizm, uşaq serebral iflici, daun sindromu, həmçinin kiçik yaşda çox da ciddiyə alınmayan hiperaktivlik və diqqət əskikliyi halları artır".

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov "Fərqli fərdlər" konqresində deyib. O bildirib ki, uşaqların cəmiyyətə adaptasiyasında rastlaşılan ən böyük çətinlik bullinqdir:

"Bullinqə məruz qalan uşaqlar emosional baxımdan özünə qapanan olurlar. Qeyd etdiyimiz həssas qrupun bullinqə məruz qalma riski isə yüksəkdir. Ona görə də valideynlər övladlarını sosial mühitə daha tez adaptasiya etməlidirlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2431

Oxşar yazılar